Tokio-2020: Daha iki idmançımız mübarizəyə qoşulur

   Tokio-2020:    Daha iki idmançımız mübarizəyə qoşulur
  26 İyul 2021    Oxunub:1342
“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulacaq.
Azvision.az xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar. Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Azvision.az


Teqlər: İdman  





Xəbər lenti