Rusiya Avroviziya seçimlərində yenilik etdi - VİDEO
Nastya və Maşa Tolmaçevlər bacıları 2006-cı ildə uşaq Avroviziyasının qalibidirlər. Müsabiqənin tarixində belə bir seçim bir ilkdir. Bu dəfə 17 yaşlı bacılar özlərini böyüklərlə bir səhnədə sınayacaq. Qəribədir ki, uşaqlar hələ 2006-cı ildə nə vaxtsa böyüklər üçün nəzərdə tutlan Avroviziyada iştrak etmələrini arzuladıqlarını bildirmişdilər. Gənc müğənnilər uşaq yaşlarından bir çox müsabiqə qalibi olublar. Möhtəşəm qalibiyyətlərindən sonra isə istedadlı bacılar ilk albomlarına (Yarılar) da imza atıblar. Onlar bir verilişlərin aparıcısı kimi və hətta Alla Puqaçova ilə uşaq myuziklində səhnə alıblar. AzVision.az Ria Novosti-yə istinadən istedadlı gənclərin çıxışlarından birini təqdim edir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 36 Avropa ölkəsi bu il Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək mahnı müsabiqəsində iştirak edəcək. Müsabiqə may ayının 6-10 tarixləri arasında keçiriləcək.
Teqlər: