Azərbaycanlı idmançı: "Olimpiadadan medalsız qayıtmayacağıq"

      Azərbaycanlı idmançı:    "Olimpiadadan medalsız qayıtmayacağıq"
  24 İyul 2021    Oxunub:1837
İlk döyüş həmişə ağır olur. Çünki rinqə, abu havaya öyrəşmirik. Amma şükür qalıb gəldim.
Azvision.az xəbər verir ki, bunu Tokio-2020 olimpiadasında 91 kq-dan yuxarı çəki dərəcəsində rəqibinə qalib gələrək 1/8 finala vəsiqə qazanan Məhəmməd Abdullayev deyib.

"Komandadan digər yoldaşlarımızın uduzması xoş olmadı. İstərdim ki, onlar da qalib gəlsin. İlk döyüşdə rəqibi tanısam da əvvəl onunla döyüşüm olmayıb. Növbəti raundda üzləşəcəyim özbəkistanlı Baxodir Jalolov güclü rəqibdir. Yarışdakı ən güclü rəqib, dünya çempionudur. İyunun 29-da onunla yarışacam".

M.Abdullayev medalsız qayıtmayacağını ümid etdiyini deyib.

Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev rəqibi bruneyli Denis Latıpova qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Abdullayev növbəti raundda özbəkistanlı Baxodir Jalolovla üz-üzə gələcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Boks  





Xəbər lenti