Şahmatçımız dünya kuboku uğrunda yarışda qələbə qazanıb

Şahmatçımız dünya kuboku uğrunda yarışda qələbə qazanıb
  22 İyul 2021    Oxunub:1130
Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.
Azvision.az xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib. V.Durarbəyli birinci partiyada qələbə qazanaraq, turnirə qələbə ilə başlayıb.

Dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti