Ermənilər Rusiyadan qovulur

Ermənilər Rusiyadan qovulur
  14 Mart 2014    Oxunub:998
Ermənilərin Rusiyadan çıxarılmaları kütləvi şəkil alıb. Son bir neçə ildə 500 mindən artıq erməni Rusiyanı tərk edib

Ermənilərin Rusiyadan çıxarılmaları kütləvi şəkil alıb. Rusiya Federasiyasının miqrasiya ilə bağlı yanvar ayının 1-dən etibarən qüvvəyə minən yeni qanununa görə, aprel ayının əvvəllərində 220 min erməni ölkəni tərk etməli olacaq.

Demoqraf Ruben Yeqinyanın Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan “Ermənistan xəbərləri” jurnalında dərc edilən məlumatında bildirilir ki, son bir neçə ildə 500 mindən artıq erməni Rusiyanı tərk edib və adları qara siyahıya düşən bu ermənilərin yenidən Rusiyaya qayıdışı qadağan edilib. O, Rusiyadan çıxarılan ermənilərin ailələrini dolandırmaq naminə bu ölkəyə işləməyə getdiklərini bildirsə də, rus mətbuatı onun fikrini tamamilə təkzib edir və ermənilərin Rusiyaya qeyri-qanuni yollarla daxil olduqlarını, heç bir yerdə qeydiyyatda durmadıqlarını, ölkənin qanunlarını pozduqlarını, cinayətkar dəstələrə qoşularaq quldurluq və soyğunçuluqla məşğul olduqlarını, qətllər törətdiklərini, elə bu səbəblərdən də ölkədən çıxarıldıqlarını bildirir.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın Ermənistandakı səfirliyi adları artıq qara siyahıya düşmüş 170 min erməniyə viza verməkdən boyun qaçırıb.


Teqlər:





Xəbər lenti