Xəyalə Abdulla liderliyini davam etdirir

Xəyalə Abdulla liderliyini davam etdirir
  13 Mart 2014    Oxunub:1774
Beynəlxalq usta Xəyalə Abdulla ölkə çempionatında liderliyini davam etdirir.
Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatının 7-cı turu başa çatıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 7 turdan sonra beynəlxalq usta Xəyalə Abdulla 6 xalla turnir cədvəlində liderliyi davam etdirir. Aytən Əmrayeva 5,5 xalla ikinci, Gülnar Məmmədova isə 5 xalla üçüncü nəticəni göstərir. Səbinə İbrahimova - 4,5, Türkan Məmmədyarova - 4, Nərmin Kazımova, Nərgiz Umudova, Günay Məmmədzadə - hərəyə 3,5, Səhər Hüseynova – 3, Nərmin Xələfova - 2, Səbinə Quliyeva – 1, Zeynəb Məmmədyarova isə 0,5 xal toplayıblar.

Dairəvi sistemlə keçirilən 11 turdan ibarət çempionat martın 15-də başa çatacaq.


Teqlər:





Xəbər lenti