Zibil qutusundan 17-ci əsrə aid sənət əsərləri tapıldı

Zibil qutusundan 17-ci əsrə aid sənət əsərləri tapıldı
  22 İyun 2021    Oxunub:1810
Almaniyada maraqlı hadisə yaşanıb.
Azvision.az xəbər verir ki, Orenbax şəhəri yaxınlığında dayanacaqlardan birinin zibil qutusunda 17-ci əsrə aid iki rəsm əsəri tapılıb.
Alman polisinin yaydığı məlumata görə, onlar artıq sənət əsərlərini sənətşünaslara təhvil veriblər. Mütəxəssislər yağlı boya ilə çəkilmiş rəsm əsərinin orijinal olduğunu təsdiqləyiblər.

Ehtimal edilir ki, oğlan portretini əks etdirən həmin rəsmlərdən biri Rembrandtın tələbəsi, Hollandiyalı rəssam Samuel van Hoogstraten (1627-1678) tərəfindən çəkilib. Amma onun çəkilmə tarixi dəqiq bilinmir.
İkinci əsər isə, Venedikli sənətkar Pietro Bellotti tərəfindən kətan üzərində çəkilib və kətanda yazılan tarix rəsmin 1665-ci ilə aid olduğunu göstərib.



Tural Tağıyev
Azvision.az



Teqlər: Rəsm  





Xəbər lenti