Rusiyalı məşhur müğənni ölüm ayağındadır

Rusiyalı məşhur müğənni ölüm ayağındadır
  20 İyun 2021    Oxunub:2641
MakSim adı ilə tanınan rusiyalı müğənni Marina Abrosimova COVİD testi 3 dəfə mənfi çıxandan sonra, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Simptomlar koronovirusa bənzə də, həkimlər ona ağ ciyərlərin zədələnməsi ilə ağır dərəcəli pnevmoniya diaqnozu qoyublar. Vəziyyəti ağır olduğundan, müğənni süni koma vəziyyətinə salınıb ki, beynində oksigen aclığı yaranmasın. Onun ciyərlərinin 40%-nin işləmədiyi bildirilib.


Müğəninnin vəziyyəti ayın 10-da, öz ad günü zamanı pisləşib. Buna baxmayaraq, konsertini təxirə salmayıb və yüksək temperaturla səhnəyə çıxıb. Amma getdikcə nəfəs alması çətinləşib. Hazırda süni tənəffüs aparatına qoşulub.

Rusiyanın Fotbol üzrə Milli Komandası müğənniyə dəstək olmaq üçün öz twitter səhifəsində onun “Bilirsənmi” («Знаешь ли ты») mahnısını paylaşıb.



Samir


Teqlər:





Xəbər lenti