Rusiya danışıqlardan boyun qaçırır

Rusiya danışıqlardan boyun qaçırır
  12 Mart 2014    Oxunub:959
Krımın müstəqlliyini bəyan etməsi və bazar gününə planlaşdırılan referendum Kiyevidə gərginlik və narahatlıqla müşayiət olunur.
Ukraynanın yeni hökuməti Moskvanı ikitərəfli danışıqlardan boyun qaçırmaqda ittiham edib. ABŞ-a səfər öncəsi Ali radada çıxış edən baş nazir Arseni Yatsenyuk qeyd edib ki, Kiyevin son günlər Rusiya hakimiyyəti ilə əlaqə yaratmaq istiqamətində bütün cəhdləri nəticəsiz olub.


Bununla yanaşı Vaşinqton da Ukrayna böhranı ilə əlaqədar Kremllə ortaq məxrəcə gələ bilmir. Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla təmasları davam etdirmək niyyətindədir.

Krımdakı gərginliyə baxmayaraq Ukrayna yarımadaya ordu yeritmək niyyətində deyil. Prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovun sözlərinə görə, belə olan halda Ukraynanın qorunmayan şərqi sərhədi zərbə altına düşə bilər.

Krım parlamentində qəbul edilən müstəqillik bəyannaməsi yarımadanın Rusiyanın tərkibinə daxil olmasının və 16 mart referendumunun hüquq əsaslarını yaradır.


Əgər Rusiyaya birləşmə referendumda əhali tərəfindən dəstəklənərsə, Krım müstəqil və suveren dövlət elan olunacaq. Daha sonra "müstəqil Krım Respublikası" adından Rusiya dövlətinə müraciət ediləcək ki, Krım federasiya subyekti kimi bu ölkənin tərkibinə daxil edilsin.

Amma Muxtar Respublikadakı tatarlar Krımın Rusiyaya birləşdirilməsinə qarşıdır. Bununla bağlı yarımadanın müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirən tatarlara yeniə Moskavadan dəstək gəlib. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Krımın Rusiyaya birləşəcəyi təqdirdə Krım tatarlarına milli və mədəni muxtariyyət vəd edib.

Bu arada ABŞ Konqresin Nümayəndələr Palatası Rusiyanın Ukraynaya qarşı apardığı siyasət kəskin şəkildə pisləyən qətnamə qəbul edib. Sənəddə Rusiyanın "Böyük Səkkizlikdən" çıxarılması ilə bağlı tövsiyə də yer alıb. Bundan başqa konqresmenlər Obama administrasiyasına Rusiyanın dövlət məmurlarına, dövlət banklarına, dövlət agentliklərinə və kommersiya şirkətlərinə qarşı viza rejimi və iqtisadi sanksiyalar tətbiq etməyə çağırıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti