Gürcüstan tezliklə NATO üzvü ola bilər

Gürcüstan tezliklə NATO üzvü ola bilər
  12 Mart 2014    Oxunub:1078
Əgər Krım Rusiyaya birləşərsə, Gürcüstanın NATO-ya üzlük məsələsi də praktiki olaraq həll olunacaq.
Krımdakı vəziyyət Gürcüstanın Şimali Atlantika Alyansına üzvlük məsələsini daha da sürətləndirəcək. Artıq sentyabr ayında Gürcüstana NATO-ya üzvlük haqqında fəaliyyət planını təqdim oluna bilər. Bu barədə Azvision.az rus mətbuatına istinadla xəbər verir.

“ Rusiyanın Ukrayna ilə bağlı atdığı addımlar Alyansı Şərqi Avropada daha qətiyyətli siyasət yürütməyə məcbur edir. Odur ki, bu məsələ ətrafında müzakirələrin bərpa edilməsinə ehtiyac var. Namizəd statusu almaq istəyən Tbilisinin ərizəsi təsdiq olunmalıdır, bu məsələnin gündəmə gətirilməsini istəməyən dövlətlər belə artıq bu fikirdədirlər”- NATO baş qərargahından olan mənbə belə deyib.

“Əgər Krım Rusiyaya birləşərsə, Gürcüstanın NATO-ya üzlük məsələsi də praktiki olaraq həll olunmuş hesab etmək olar” deyə NATO-dan bildirilib.

Xatırladaq ki, ötən il ABŞ dövlət katibi Con Keri, Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə telefon danışığı zamanı bu ölkənin NATO-ya inteqrasiya kursunu davam etdirəcəyinə ümid etdiyini bildirmişdi.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti