Avropa İttifaqı Azərbaycanla bağlı hesabat açıqlayacaq
M.Mard vurğulayıb ki, hər iki tərəf əlaqələrin dərinləşməsində maraqlıdır: "Biz ümidvarıq ki, viza və readmissiya sazişinə dair müqavilələr ilin sonuna kimi qüvvəyə minəcək".
Aİ və Azərbaycan arasında aviasiya sahəsində danışıqlara münasibət bildirərkən M.Mard qeyd edib ki, danışıqlar elə də intensiv getmir və azərbaycanlı tərəfdaşlardan çox şey asılıdır: "Əlbəttə, biz əvvəlki kimi Azərbaycan ilə işləməyə hazırıq".
Assosiasiya sazişi ilə bağlı danışan səfir bildirib ki, Aİ ilə əlaqələrin necə inkişaf etdirilməsi Azərbaycanın özündən asılıdır. O deyib ki, hər iki tərəf siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.
Səfir xatırladıb ki, Azərbaycan və Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edir: "Aİ Azərbaycanla bu əməkdaşlığı qiymətləndirir. Daha da yaxınlaşma hər iki tərəfin marağındadır".
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışarkən M.Mard qeyd edib ki, bu prosesdə əsas aparıcı qüvvə ATƏT-in Minsk qrupudur. Aİ yalnız öz niyyətini bildirib və bu prosesi dəstəkləmək niyyətini hər zaman bəyan edib (`Trend`).
Teqlər: