Əfqanıstanda terror: dörd nəfər həlak olub

Əfqanıstanda terror: dörd nəfər həlak olub
  11 Mart 2014    Oxunub:1094
Əfqanıstanın qərbində Herat əyalətində prezidentliyə namizədlərdən birinin seçki qərargahı yanında bazar ertəsi partlayış baş verib. Nəticədə dörd nəfər həlak olub, azı beş nəfər yaralanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, agentliyin məlumatına görə, hücuma ölkənin sabiq XİN rəhbəri Abdulla Abdullanın təmsilçiləri məruz qalıblar. Partlayıcı qurğu ölümə məhkum olan terrorçu tərəfindən işə salınıb.

Həlak olanlar arasında iki polis və iki mülki qulluqçu olub, bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.


Teqlər:  





Xəbər lenti