Krımda Ukrayna kanallarının yayımı dayandırılıb

Krımda Ukrayna kanallarının yayımı dayandırılıb
  10 Mart 2014    Oxunub:974
Yayımı dayandırılan kanalların tezliklərini Rusiya telekanalları əvəzləyəcək.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Krım muxtariyyətində bütün Ukrayna telekanallarının analoqlu yayımı dayandırılıb.

Onların yerini rus telekanalları alıb. Belə ki, Kiyevdən yayımlanan “İnter” kanalını Rusiyanın “NTV”, “1+1” telekanalını “Rossiya-1”, “Kanal 5”-i isə “TNT” əvəz edəcək. Ukrayna kanallarının yayımının dayandırılması martın əvvəllərindən başlayıb.

Krım hakimiyyəti rəsmi Kiyevin mövqeyini birtərəfli əks etdirən kanallara xəbərdarlıq edərək onların yayımının dayandırılması barədə qərarlar qəbul edib. Öz növbəsində Ukrayna rəhbərliyi isə Rusiya telekanallarının öz ərazisində yayımının dayandırılması barədə qərar çıxardıb.

Xatıərladaq ki, martın 16-da Krımda yarımadanın statusunu müəyyənləşdircəək xalq referendumu keçiriləcək.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti