Çexiya prezidenti: Ukrayna qurbanlara getməlidir
"Əgər Ukrayna Avropaya öz mənsubiyyətini həqiqətən hiss edirsə, onda o, birləşmə nəticəsində ilk 5-10 il ərzində müəyyən qurbanlara getməlidir", - Çexiyanın ÇTK agentliyi Zemanın sözlərindən sitat gətirib.
"Əgər Avropa Birliyi Ukraynaya indi yardım göstərərsə, onda yardım "qara dəliyə", oliqarxların cibinə düşəcək. Əgər yardım azad seçkilərdən sonra ayrılacaq, o çox sərt şərtlərlə verilməlidir ", - Zeman deyib.
Bundan öncə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu deyib ki, Kiyev Beynəlxalq Valyuta Fondu ilə saziş imzalasa Avropa Komissiyası Ukraynaya 11 milyard avro məbləğində maliyyə yardımı göstərməyə hazırdır.
Çexiya rəhbərinin fikrincə, Ukraynada seçkilər ATƏT-in nəzarəti altında keçirilməlidir. Rəsmi Praqa bu halda öz müşahidəçilərini ora göndərəcək. Əks halda, Zemanın fikrincə, seçkilərin saxtalaşdırılması ehtimalı istisna olunmur.
Teqlər: