Sevastopol Krımdan ayrı olaraq RF-yə birləşir - VİDEO

Sevastopol Krımdan ayrı olaraq RF-yə birləşir - VİDEO
  09 Mart 2014    Oxunub:1371
Sevastapo Rusiya tərkibinə ayrıca subyekt kimi daxil ola bilər.
Rereferendumdan sonra Sevastopol Rusiya tərkibinə ayrıca subyekt kimi daxil olacaq. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, bu barədə Sevastopol şəhər idarəetmə başçısı Dmitriy Belik bildirib.

“Krımlılarla referendum birgə keçiriləcək, lakin sonra Sevastopol ayrı, Krım isə ayrı bir subyekt olaraq Rusiya Federasiyasının tərkibinə keçəcək və eləcədə bu ayrıcalıq konstitusiyanın dəyişilməsi zamanı da baş verəcək” deyə Belik sözlərinə aydınlıq gətirib.

Qeyd edək ki, Krımın statusu barədə referendum martın 16-sı tarixinə nəzərdə tutulub.

Bu arada bu gün Krımın Kerç şəhərində Yeryemenko küçəsində yerləşən stadionun yanında qadınların “Sülh uğrunda” mitinqi keçirilib.

Aksiyada əsasən Krım tatar qadınları iştirak ediblər. Daha sonra onların sırasına ruslar, ukraynalılar, polyaklar və s. millətlərin nümayəndələri qatılıblar. Bəzi qadınlar mitinqə uşaqları ilə birlikdə gəliblər. Mitinq iştirakçıları bölənməz Ukrayna uğrunda şüarlar səsləndiriblər. Yoldan keçən maşınlarda şüarlara dəstək olublar.




Teqlər:





Xəbər lenti