Putini dayandırmağın yeganə yolu - TƏKLİF

Putini dayandırmağın yeganə yolu - TƏKLİF
  08 Mart 2014    Oxunub:1131
ABŞ Mərkəzi Bankının keçmiş sədri Allan Greenspan diqqətçəkən açıqlaması ilə gündəmə gəlib.
O, Putini dayandırmaq üçün başqa bir yolun qalmadığını bildirib. Onun fikrincə görə, yeganə yol Rusiyanın iqtisadiyyatına təsir etməkdir.

Ukrayna böhranı ilə dünya gündəminə damğasını vuran Rusiya prezidenti Vladimir Putin üçün son günlərin ən maraqlı açıqlamasını verən Allan Greenspanın sözləri dünya mediasında müzakirə olunmaqdadır.

Əfsanəvi bank lideri kimi tanınan Allan Greenspan 18 il mərkəzi bankı idarə edib. Bu sahə üzrə dünyanın ən yaxşı idarəçilərindən biri kimi tanınır.

CNBC televiziyasının qonağı olan Allan Greenspan sözlərinə belə davam edib:” Putin XX əsrin ən böyük fəlakəti kimi Sovet ittifaqının dağılmasını görür. Onun buna bənzər birlik yaratmaq istəyi ortadadır. Bizim bundan qaça biləcək gücümüz olduğunu düşünmürəm. Tək yol Rusiya iqtisadiyyatına təsir edərək daxildə iqtisadi böhran yaratmaqdır”.

Diplomatik əlaqələrin təsirsiz və əhəmiyyəti olmayacağını bildirən eks baş bankir Rusiya valyutası haqqında da fikirlərini bölüşüb: “Rusiya rubluna Ukrayna böhranı təsir edir. Bu ölkə iqtisadiyyatına da tsəir edir. Diplomatiya həqiqətən də maliyyə gedişlərindən daha az önəmlidir.”

Emin Piri


Teqlər:





Xəbər lenti