Çin Rusiya ərazilərinə göz dikib

Çin Rusiya ərazilərinə göz dikib
  07 Mart 2014    Oxunub:1014
Buna görə də Krimdaki situasiyada Rusiyanın müttəfiqi kimi çıxış edir.
Çin Xarici İşlər Nazirliyi Krım məsələsində Rusiyanı beynəlxalq aləmdə müdafiə edir.

Çin mətbuatının məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı istənilən qətnaməsində Rusiyaya qarşı məqamlar olarsa, dərhal veto hüququndan istifadə edəcək.
Digər tərəfdən isə Ümumçin xalq nümayəndələri iclasında Rusiyanı narajat edə biləcək qərar çıxarılıb. Belə ki, Rusiyanın xarici ölkə ərazisini özünə birləşdirməsini asanlaşdıran qanun Çində də qəbul edilib.

Hər hansı ölkənin müəyyən ərazidə yaşayan əhalisi Çinin tərkibinə daxil olmaq istəsə yeni qanun bu proseduru asanlaşdıracaq. Digər bir qanunla isə rusiyalılara Çin vətəndaşlığının verilməsi prosesi sadələşdiriləcək.

Xatırladaq ki, Rusiyanın Uzaq Şərq bölgəsində çinli əhalinin sayı sürətlə artır. Və Çində vaxtı ilə ona məxsus olan bu əraziləri yeni özünə birləşdirməsi ilə bağlı çağırışlar son dövrlərdə artıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti