Fransa Putinin yaxın çevrəsini hədələdi

Fransa Putinin yaxın çevrəsini hədələdi
  07 Mart 2014    Oxunub:1026
Fransa Xarici İşlər naziri Loren Fabius Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini vurğulayıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı təzyiqləri getdikcə artır.

Belə ki, Fransa Xarici İşlər naziri Loren Fabius Rusiya ilə danışıqların tez nəticə verməyəcəyi halda Avropam Birliyinin ikinci sanksiya paketini hazırlayacağını bildirib. Onun sözlərinə görə, əsas hədəf olaraq bu dəfə Vladimir Putinin yaxın çevrəsinin hədəf olacağını söyləyib.

Fabius onu da əlavə edib ki, Soçidəki Paralimpiya oyunlarında Fransa hökumət nümayəndələrinin iştirak etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, martın 6-da Avropa Birliyi Ukraynadakı vəziyyətə görə, vizasız rejim barədə danışıqları dondurmuşdu. Elə həmin gün ABŞ Ukrayna ilə münasibətlərin gərginləşməsinə rəvac verən rusiyalıların ölkə ərazisindəki bank hesablarının dondurulması və ölkəyə girişinin qadağan olunması barədə qərar verib.

Rusiya Xarici İşlər Nazirliyi isə yaydığı rəsmi məlumatda Qərbi sanksiyalardan çəkinməyə çağırıb. Əks halda Rusiyanın buna simmetrik cavab verəcəyi vurğulanıb.

Xatırladaq ki, martın 1-də Fderasiya Şurası prezident Vladimir Putinə Ukrayna ərazisinə qoşun yeritmək hüququ verən sənədi qəbul edib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti