Suriyada növbəti terror aktı baş verib

Suriyada növbəti terror aktı baş verib
  07 Mart 2014    Oxunub:892
Homs şəhərində baş verən partlayışda azı 15 nəfər həlak olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriyada qanlı terror aksiyaları törədilməkdə davam edir.

Homs şəhərində hökumət qoşunlarının nəzarətində olan ərazidə bomba yüklü avtomobilin partladılması nəticəsində 15 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb. Partlayışın baş verdiyi ərazidə əsasən xristian və ələvilərin yaşadığı bildirilir.

Hələlik heç bir qruplaşma hadisəyə görə, məsuliyyəti öz üzərində götürməyib.

Xatırladaq ki, 2011-ci ilin martından başlayaraq Suriyada baş qaldıran silahlı toqquşmalar bu günə qədər 120 mindən artıq insanın həyatına son qoyub.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti