Ərdoğan nurçuların Bakıdakı məktəblərindən danışdı

Ərdoğan nurçuların Bakıdakı məktəblərindən danışdı
  07 Mart 2014    Oxunub:1123
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gün ATV telekanalında gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir telefon dinləmələri ilə bağlı sualı cavablandırarkən deyib ki, prezident Abdulla Gülün danışıqlarının dinləndiyinə inanmır:

“Mən orada ikitərəfli danışıqların dinlənildiyinə inanmıram. Arxivdə durur, onlar vaxtı gələndə bunu da açıqlayar. Bu hadisələrin keçmişinə nəzər salın. 1980-ci il bu işin başlanğıcıdır. İndi 2014-cü ildir. 34 ildir ki, bu çarx işləyir və indi zirvəsindədir”.

“Zirvə əvəzinə sayaqlamaq desəniz daha düzgün olmaz?” sualına isə baş nazir belə cavab verib: “Ola bilər. Şərin də bir zirvəsi olur. Amma bundan sonra dönüş başlayacaq. Bu sayaqlamaq layihəsini müvəffəqiyyətlə tətbiq etdilər. Bundan sonra vətənə, millətə olan sevgilərini sübut etməlidirlər. Çünki bunlarda hər şeyə icazə var. Yalana, iftiraya icazə verilir. Bu, dini yox, siyasi təşkilatdır”-deyə Ərdoğan Gülən camaatını tənqid edib.

Jurnalistlər R.T.Ərdoğana “nurçular”ın Azərbaycandakı məktəblərinin bağlanması ilə bağlı da sual ünvanlayıb.

Ərdoğan isə bu barədə heç bir məlumatının olmadığını deyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti