Estoniyada dinləmə qalmaqalı
“rus.err.ee” saytının verdiyi xəbərə görə, dövlət prokurorluğu qeyd edib ki, Estoniya vətəndaşının Konstitusiya hüquqlarına qarşı cinayətin bütün əlamətləri göz qabağındadır, çünki telefon danışıqlarının məxfiliyinə qəsd edilib.
Hökumətin əlində olan ilkin məlumatlar bunu deməyə əsas verir ki, telefon danışığına Estoniyada qulaq asılmayıb. Dövlət prokurorluğunda bildirmişlər ki, vəziyyəti dəqiq müəyyənləşdirmək üçün cinayət işi qaldırılıb.
Baş idarə bildirib ki, cinayətin harada törədildiyi prinsipial deyildir, o, Estoniya vətəndaşına qarşı yönəlib.
Xarici işlər nazirinin telefon danışığının dinlənilməsi Estoniya Respublikasının təhlükəsizliyi təhlükə yaratdığına görə cinayət işinə Təhlükəsizlik Polisi rəhbərlik edəcək.
Teqlər: