Mursi məhkəməsi donduruldu

Mursi məhkəməsi donduruldu
  07 Mart 2014    Oxunub:1119
Misir məhkəməsi 2012-ci ildə nümayişçilərin həlak olması ilə bağlı iş üzrə “Müsəlman qardaşları”nın liderləri üzərində məhkəmə prosesini dayandırıb.
Qahirənin cinayət məhkəməsi özünün qərarına əsasən, 2012-ci ilin dekabrında hakimiyyət və müxalifət arasında qarşıdurma zamanı nümayişçilərin həlak olması ilə bağlı iş üzrə Misirin eks-prezidenti Məhəmməd Mursi üzərində məhkəmə prosesini dayandırıb.

AzVision.az xəbər verir ki, yerli KİV-lərin bildirdiyinə görə, Məhəmməd Mursi və “Müsəlman qardaşları”nın bəzi liderləri insanların öldürülməsinə təhrikdə günahlandırılıb. Ölkənin qanunvericiliyinə əsasən, sonuncu prosesin dayandırılması ilə Məhəmməd Mursi və “Müsəlman qardaşları” assosiasiyasının liderləri ilə əlaqədar bütün məhkəmə kargüzarlığı Misirin Apelyasiya məhkəməsi işə baxıb hökm çıxaranadək müvəqqəti dondurulub.

Ötən ilin payızından məhkəmə tərəfindən üç cinayət işinə başlanılmışdır. Bu proseslərin çərçivəsində “Müsəlman qardaşları”nın siyasi rəhbərliyi casusluqda, 2011-ci ilin yanvarında məhkumların həbsxanadan kütləvi qaçmasında və 2012-ci ilin dekabrında “Əl-İttihadiyə” sarayının yaxınlığında nümayişçilərin öldürülməsində günahlandırılıb. Vəkillərin Qahirə Apelyasiya məhkəməsinə ünvanladıqları sorğular əsasında fevral-mart aylarında bütün proseslər dayandırılıb.


Teqlər:  





Xəbər lenti