Ermənilər indi də pizzanı özününküləşdirdi
ABŞ-da Pizza dükanı olan Ara Ağayan adli erməni hətta yeməyin adını belə erməniləşdirib. Onun iddialarına görə guya Pizza erməni dilindən tərcümədə sərilmiş mənasını verir. Qeyd edək ki, Pizzanın tarixi hələ qədim Yunanıstana gedib çıxır. Pizza sözü isə latın dilində `pìnsere` sözündən əmələ gəlib və mənası basmaq deməkdir. Qədim yunanlar əllə basılaraq hazırlanmış xəmirin üzərinə yağ və müxtəlif dərman bitkiləri və pendir çəkməklə hazırlayarmışlar. Müasir pizzanın sahibi isə italyanlardır. Pizza sözü İtalyan dilində pizzacare – yəni kəskin dadlı deməkdir. Pizzanı Amerikaya gətirənlər də elə italyanlar olub.
Qeyd edək ki, ermənilərin pizza davası məşhur Oskar mükafatının təqdimetmə mərasimində aparıcı Elen DeGeneresin birinci sırada oturan aktyor və aktrisalara pizza paylamasından sonra baş verib. Başqa sözlə desək Elen ermənilərin yadına daş salıb. Ermənilərin iddialarına görə, guya Elenin mərasimdə payladığı pizza elə “erməni pizzası” olub. Əslində isə pizza yox Elenin yanındakı Pizza daşıyan oğlan erməni olub. Təqdim olunan təamlar isə Pizza Big Mama`s & Papa`s pizzareyasından olub. Sadəcə olaraq həmin pizzareyanın bir neçəsini ermənilər amerikalılarla müştərək işlədir. Şərikli pizza satmaq isə hələ pizzanın yiyəsi olmaq deyil.
S. Həsənova