Putin Krımla bağlı təcili iclas keçirib
Krım parlamentinin Rusiyaya birləşmək haqqında müraciətinin müzakirə olunduğu iclasda baş nazir Dmitri Medvedev, Parlamentin Yuxarı Palatasının spikeri Valentina Matvienko, Dövlət Dumasının sədri Sergey Narışkin, Kremlin administrasiya rəhbəri Sergey İvanov, Federal Təhlükəsizlik Xidmətinin katibi Nikolay Patruşev, daxili işlər naziri naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov və Təhlükəsizlik Şurasının daimi üzvü Boris Qrızlov iştirak edib.
Bir müddət əvvəl Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurasının başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.
Krım Muxtar Respublikasında martın 16-da ərazinin müqəddəratını həll edəcək referendum keçiriləcək.
Vüqar İsmayılov