Krım Rusiyaya birləşdi

Krım Rusiyaya birləşdi
  06 Mart 2014    Oxunub:932
Ukraynanın Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Rusiya Federasiyasına birləşmək qərarına gəlib.
Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.

Deputatlar Ukraynada anti-konstusion çevrilişin baş verdiyini və hakimiyyətə insanların hüquq və azadlıqlarını pozan millətçilərin gəldiyini bildiriblər.

Bununla yanaşı parlament, Krımın statusu ilə bağlı martın 30-na nəzərdə tutulan referendumun vaxtını dəyişib. Ümumxalq səsverməsi martın 16-a təyin edilib.

Referendumda Ukraynanın tərkibində qalıb-qalmamaq, Rusiyaya birləşib-birləşməmək barədə sual qoyulacaq.

Xatırladaq ki, rəsmi Kreml Putinin krımlı deputatların müraciətindən məlumatlı olduğu xəbərini yayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti