Gülən-Ərdoğan davası böyüyür

Gülən-Ərdoğan davası böyüyür
  06 Mart 2014    Oxunub:933
Amerikada yaşayan türkiyəli dini lider Fətulalh Gülən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullah Gülən Ərdoğana cavab olaraq video yayımlayıb: “Mən idxal deyiləm, o torpağın övladıyam. Çox şey deyə bilərlər, bu, şeytanın onların içinə saldığı qorxudan qaynaqlanır”.

Qeyd edək ki, R.T.Ərdoğan jurnalsitlərin suallarını cavanblandırarkən Fətullah Gülən haqqında bu fikirləri səsləndirmişdi: “Pensilvaniyadakı təşkilatın sxemində onu Katinatın İmamı kimi qeyd ediblər. Onu Türkiyəyə Xomeyni kimi gətirmək istəyirlər. Məsih deyirlər, Mehdi deyirlər. Təşkilatın sxemi əlimizdədir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti