Ukraynada pensiyalar yarıbayarı azaldılacaq

Ukraynada pensiyalar yarıbayarı azaldılacaq
  06 Mart 2014    Oxunub:1077
Yeni hökumət bunu iqtisadi çətinliklərlə əlaqələndirir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iqtisadi böhrandan əziyyət çəkən Ukraynada təqaüdlər mart ayından etibarən 50% azaldılacaq.

Baş nazir Arseni Yansenyuk dövlət büdcəsində vəsaitlərin olmadığını və dövlət işçilərinə bir neçə həftədir ki, əmək haqlarının verilmədiyini açıqlayıb.

Öz növbəsində Ukrayna Maliyyə Nazirliyi büdcə xərclərinin optimallaşdırlması çərçivəsində mart ayından etibarən təqaüdlərin yarıya qədər azaldılacağını bəyan edib. Bundan başqa tədbirlər paketində dövlətin tikinti sektoruna ayrılan xərclərinin minimuma endirilməsi və vergi güzəştlərinin ləğvi də nəzərdə tutulur.

Xatırladaq ki, Ukrayna Sosial Siyasət Nazirliyi 2013-cü il dekabrın 1-i üçün ölkədə orta aylıq əmək haqqının təxminən 160 dollar təşkil etdiyini bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti