Samuxda yanğın baş verib

Samuxda yanğın baş verib
  13 May 2021    Oxunub:2113
Samux rayonunun Qarabağlar kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti