Nəşriyyatın qarşısında tıxac var - FOTO

Nəşriyyatın qarşısında tıxac var -    FOTO
  13 May 2021    Oxunub:2788
Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməyədək olan hissədə təmir işləri aparılır.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, bu səbəbdən də Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyə qədər məhdudiyyət qoyulub və həmin hissədə nəqliyyat müvəqqəti olaraq yolun əks hərəkət olan hissəsinə yönləndirilir.

Belə ki, aparılan təmir işləri Mətbuat prospektində və A.Şərifzadə küçəsində həmin hissədə sıxlığa səbəb olur.



Azvision.az



Teqlər: BNA   Yol  





Xəbər lenti