Azyaşlını maşınla vuran sürücü tapıldı

  13 May 2021    Oxunub :1740
Azyaşlını maşınla vuran sürücü tapıldı
Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Daxili İşlərt Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: Həbs