Katalizatoru olmayan avtomobillər cərimələnəcək

   Katalizatoru olmayan avtomobillər cərimələnəcək
  11 May 2021    Oxunub:2009
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri avtomobilin katalizator nasazlığı ilə bağlı narahat edən məsələyə aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır.

Bölmə rəisi qeyd edib ki, bu, inzibati xəta tərkibi yaradır və həmin avtomobillərin istismarı yolverilməzdir:

"Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır. Bəzi sürücülər deyir ki, həmin avtomolləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə hər birimiz bu sahəfə öz məsuliyyətimizi dərk etməliyik".

Azvision.az


Teqlər: DYP   Maşın   Katalizator  





Xəbər lenti