Rasmussen: `Rusiya ilə əlaqələri nəzərdən keçirəcəyik`
Bundan əlavə, Rasmussen ABŞ-a məxsus “Cape Ray” gəmisinini göyərtəsində Suriya kimyəvi silahlarının məhvi ilə əlaqədar Rusiya ilə birgə baş tutacaq hərbi missiyasının dayandırılacağını bildirib.
Katibin sözlərinə görə Rusiya qatılmadığı təqdirdə kimyəvi silahların məhv edilmə prosesinə ziyan dəyməyəcək. Belə ki, “Rusiya tərəfi ləğv etmə prosesində heç bir iş görmür”.
"Biz Rusiya ilə bütün əlaqələri nəzərdən keçirəcəyik. Bu barədə NATO xarici işlər nazirləri aprelin əvvəllərində bir qərar qəbul edəcək " – deyə Rasmussen nitqini yekunlaşdırıb.
NATO tərəfindən belə bir qərarın səbəbi kimi " Krımda gərginliyin azaldılmasının olmaması" göstərilir.