Ukrayna ordusunun gücü

Ukrayna ordusunun gücü
  05 Mart 2014    Oxunub:1877
Rusiya ekspertləri mümkün hərbi rəqibləri olan Ukraynanın hərbi gücünü hesablayıblar.
SSRİ dağılan ərəfədə Ukrayna ərazisində 700 min sovet əsgəri dislokasiya olmuşdu. Burada 176 kontinentlərarası ballistik raketlər və təxminən 2600 taktiki nüvə silahı yerləşirdi.

1994-cü ilin Budapeşt sammitində əldə edilən razılığa əsasən bu nüvə silahları Rusiyaya təhvil verilmişdi. Nüvə silahı olmayan Ukraynanın bütövlüyünün qarantı kimi ABŞ, Böyük Britaniya, Fransa və Rusiya çıxış edirdi.

Hazırda Ukrayna Silahlı Qüvvələrində 130 min hərbçi xidmət edir. Onların sərəncamında 700 tank, 160 döyüş təyyarəsi, 2000 zirehli döyüş maşını, 1 freqat və 1 sualtı qayıq var. Formal olaraq, texnika 2 dəfədən artıq çox olsa da, onlar döyüşə yararlı deyil. Ölkə Ümum Daxili Məhsulunun 1,3%-ni (müqayisə üçün Rusiya 3,3%) müdafiə xərclərinə ayırır. “Batkovşina” partiyasından deputat Gennadi Moskal Ukrayna ordusunun hələ də yaradılmadığı fikrindədir.
“22 il ərzində biz hələ də Ukrayna ordusunu yarada bilmədik. Bizə ya NATO-ya, ya da ki, Rusiya və Belarusla bir hərbi bloka daxil olmaq lazım idi. Biz də heç nə uçmur, heç nə işləmir. Heç kəsi geyindirə yaxud səfərbər edə bilmirik”.

Ötən il Ukrayna 2014-cü ildən başlayaraq ordunu müqavilə əsasında xidmət edən hərbiçilərdən təşkil etməyə başladığını elan etmişdi. 2017-ci ilə qədər ordunu 100 minə qədər azalmaq pölanlaşdırılırdı.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti