Qohumunun maşınını sökərək ehtiyat hissələrini satdı

Qohumunun maşınını sökərək ehtiyat hissələrini satdı
  06 May 2021    Oxunub:2076
Masallı rayonunun Yeddioymaq kəndində yerləşən yaşayış evlərindən birinin qarajında olan “VAZ-21074” markalı avtomobilin ümumilikdə 1500 manat dəyərində akkumlyator, 5 ədəd təkər, radiator və digər ehtiyat hissələrinin sökülərək oğurlanması barədə polisə müraciət edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Masallı rayonunun Yeddioymaq kənd sakini A.Ağayev olduğu və ehtiyat hissələrini söküb oğurladıqdan sonra satdığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti