“Krımda çeçen batalyonu yerləşdirilib”

“Krımda çeçen batalyonu yerləşdirilib”
  05 Mart 2014    Oxunub:1433
Yarımada da rus qoşunlarının Qara dəniz donanmasına aid olmayan müxtəlif hərbi birlikləri yer alıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki. Ukrayna hərbi komandanlığı Krımda yerləşdirilən və Rusiyaya aid olan bir çox qoşun birliklərinin siyahısını dərc edib.

Məlumata görə, Krımın Cankoe qəsəbəsində Çeçensitanın Kalinovsk kəndində dislokasiya olan 18-ci əlahiddə mexanikləşdirilmiş briqadanın ayrı yerləşən 1-ci moto-atıcı batalyonu olan və çeçen milliyyətindən olan hərbiçilərdən təşkil olunmuş “Vostok” batalyonu yerləşdirilib.

Bundan başqa, Ulyanovskda dislokasiya olan Rusiya Hərbi Desant Qüvvələrinin ayrı yerləşən 31-ci desant-həmlə briqadası və Krasnodarda yerləşən 22-ci xüsusi təyinatlı briqada da Krım ərazisindədir.
“Rusiya rəhbərliyinin bu addımları həm birbaşa beynəlxalq, həm də ikitərəfli Rusiya-Ukrayna razılaşmalarının pozulmasıdır”-deyə Ukrayna Baş Qəragahı məlumat yayıb.

Xatırladaq ki, çeçenlərdən təşkil edilən “Vostok” batalyonu 2008-c ilin avqusutunda Cənubi Osetiyadakı hərbi əməliyyatlarda Gürcüstana qarşı əsas döyüşlərdə iştirak etmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti