Küləkli hava nə qədər davam edəcək?

Küləkli hava nə qədər davam edəcək?
  05 May 2021    Oxunub:3312
Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişikliyi müşahidə olunur. Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək.
Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, küləyin maksimal sürəti arabir 30-35 m/san çatacaq.

"Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Bölgələrdə də mayın 5-də gün ərzində qeyri-sabit yanğıntılı hava davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir", - deyə Gülşad Məmmədova vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Hava  





Xəbər lenti