Kanada Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Kanada Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı
  05 Mart 2014    Oxunub:1071
Kanadanın baş naziri Stiven Xarper Rusiya ilə hərbi sahədə əməkdaşlığın dayandırılmasına dair göstəriş verib.
Bu barədə "CNN” telekanalı məlumat yayıb.

"Bu gün səhər mən Kanada və Rusiya Silahlı Qüvvələri arasında planlaşdırılmış ikitərəfli təmasların dərhal dayandırılmasına dair göstəriş vermişəm”, deyə Xarper bildirib.

"Söhbət "Sayıq qartal” kimi hərbi təlimlərdən və planlaşdırılmış görüşlərdən gedir”, deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiya ilə hərbi-texniki əməkdaşlığın dayandırılması ilə bağlı qərar qəbul edib.


Teqlər:  





Xəbər lenti