Xətaidə iki əsas küçə təmir edilir
Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Qeyd edilən təmir işləri artıq ərazinin 1 kilometrlik hissəsində yekunlaşmaq üzrədir. Ümumilikdə isə tikintinin aparılacağı ümumi sahə 24 min kvadratmetrdən çoxdur.
Xətai rayonunda təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan Xudu Məmmədov küçəsində də aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2,1 kilometr təşkil edir ki, burada da küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfaltlanma işləri yekunlaşdıqdan sonra X.Məmmədov küçəsi zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, işlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Cari ildə İnvestisiya Proqramına uyğun olaraq, Xətai rayonu ərazisində təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Ümumiyyətlə isə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.
Azvision.az