“Bəzi yerlərdə sıxlıqlar aradan qaldırılıb” - BNA sədri

“Bəzi yerlərdə sıxlıqlar aradan qaldırılıb” -   BNA sədri
  28 Aprel 2021    Oxunub:3080
2020-ci ildə 87 küçə və prospektin layihələndirilməsi həyata keçirilib, onlardan 34 layihə icra edilib.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

BNA sədri bildirib ki, son 5 il ərzində küçə və prospektlərdə layihələrin həyata keçirilməsi ilə mövcud olan bəzi sıxlıqlar aradan qaldırılıb.

"Bu günə kimi 236 küçə və prospektdə layihələr həyata keçirilib. Nəticədə sıxlıq halları aradan qaldırılıb, sürücü və piyada təhlükəsizliyi təmin edilib və sərnişin daşıma keyfiyyəti yüksəlib. Bundan əlavə parklanma şəraitinin tənzimlənməsində də müsbət nəticələrə əldə olunub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Küçə   Prospekt   Layihə  





Xəbər lenti