ABŞ Rusiya ilə əməkdaşlığı tam dayandırdı

ABŞ Rusiya ilə əməkdaşlığı tam dayandırdı
  04 Mart 2014    Oxunub:1186
Martın 4-dən ABŞ Rusiya ilə hərbi əməkdaşlığı tamamilə dayandırır.

Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi kontr-admiral Con Kirbi belə bir bəyanatla çıxış edib. Kontr-admiral birgə hərbi təlimlər, qarşılıqlı səfərlər, ikitərəfli danışıqlar və tədbirlərin planlaşdırılmasına son verildiyini deyib.

Bununla yanaşı, ABŞ Ticarət PalatasıRusiya ilə ticarət müqaviləsi imzalanmasına hazırlıq işlərini və investisiya danışıqlarını dayandırdığını bəyan edib.

Qeyd edək ki, ABŞ Rusiyanın Krımla bağlı yürütdüyü siyasəti qınayır və Krıma qoşun yeritməsini qəbulolunmaz hesab edir. Britaniyanın baş naziri Deyvid Kemeronla telefon söhbətində ABŞ prezidenti Barak Obama bildirib ki, Rusiyanın hazırki siyasəti ona baha başa gələcək.

S. Həsənova


Teqlər:  





Xəbər lenti