Azərbaycanda 30 minə yaxın narkoman var

Azərbaycanda 30 minə yaxın narkoman var
  03 Mart 2014    Oxunub:1070
Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı artıb.
Səhiyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376 nəfər olub.

Yalnız 2013-cü ildə 1509 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. Onların 14-ü qadındır.

Əvvəlki illərlə müqayisədə ölkədə qadın narkotik istifadəçilərinin sayında elə də ciddi dəyişiklik olmayıb. Ölkədəki bütün narkotik istifadəçilərinin 539 nəfəri qadındır. Ötən il bu rəqəm 528 nəfər, 2011-ci ildə isə 511 nəfər olub.

Ümumilikdə narkotik istifadəçiləri arasında daha çox 30-39 yaş arası olan insanlar üstünlük təşkil edir.

Rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) yoxdur.


Teqlər:





Xəbər lenti