Yem satışı mağazasında nöqsanlar aşkarlanıb

Yem satışı mağazasında nöqsanlar aşkarlanıb
  22 Aprel 2021    Oxunub:1725
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağsu şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Həmidov Xalis Şükür oğluna məxsus yem satışı mağazasında yoxlama keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı mağazada məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun saxlanmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkar edilib. Eyni zamanda, çalışan işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, müəssisədə sanitar norma və qaydalara əməl edilmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti