Rusiya Ukraynadakı millətçilərin liderinə cinayət işi açıb
Vladimir Markinin sözlərinə görə, Yaroş terrorçuluğa çağırış maddəsi ilə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa veriləcək. Viktor Yanukoviçin devrilməsində əsas rollardan birini oynayan Dmitri Yaroş Rusiya ilə bağlı sərt mövqeyi ilə tanınır.
Xatırladaq ki, bir neçə gün öncə internetdə Yaroşun Şimali Qafqaz mücahidlərinin lideri Doku Umarova Rusiya qarşı birgə mübarizə aparmaqla bağlı çağırış mətni yerləşdirilmişdi.
Sonradan “Sağ sektor” təşkilatı bu müraciəti rədd edərək, bunun haker hücumları nəticəsində təşkilatın saytında yerləşdirildiyini bildirmişdi.
Vüqar İsmaylıov