Rubl sürətlə ucuzlaşır

Rubl sürətlə ucuzlaşır
  03 Mart 2014    Oxunub:1251
Bunun Ukrayna ətrafında yaranmış gərgin vəziyyətlə əlaqəli olduğu bildirilir.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Moskva Fond Birjasında rublun dollar və avroya nisbətdə ucuzlaşması davam edir.

Ötən gün fond birjasında dollar daha 86 qəpik bahaşalaraq, 36,75 rubla dəyişdirilir. Avro isə öz növbəsində 1,24 rubl bahalaşaraq 50,82 rubla çatıb. Rublun ucuzlaşması 2009-cu ilin tarixi rekordunu təzələyib. Rusiya Mərkəzi bankı isə artıq dövriyyəyə əlavə maliyyə vəsaiti daxil etməklə fond bazarlarındakı vəziyyəti sabitləşdirməyə çalışır.

Ekspertlərin fikrincə, rublun avro və dollar qarşısında ucuzlaşması Ukrayna ətrafında yaranmış gərgin vəziyyətlə bağlıdır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti