Əfqanıstan XİN rəhbərinin Bakıya səfəri təxirə salınıb

Əfqanıstan XİN rəhbərinin Bakıya səfəri təxirə salınıb
  03 Mart 2014    Oxunub:896
Əfqanıstan xarici işlər nazirinin Zarar Əhməd Osmaninin Azərbaycana səfəri təxirə salınıb.
Məlumata görə, martın 5-7-də keçirilməsi nəzərdə tutulan səfər Əfqanıstan-Pakistan sərhədində taliblərlə silahlı insident üzündən təxirə salınıb.

Osmaninin Azərbaycana səfərinin martın 18-19-da baş tutacağı gözlənilir.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu məlumatı təsdiqləyərək əlavə edib ki, səfərin dəqiq tarixi diplomatik kanallarla müəyyənləşdirilir.

Qeyd edək ki, martın 1-də Əfqanıstan-Pakistan sərhədində yerləşən Xayber aşırımında terror aktı nəticəsində ən azı 11 nəfər həlak olub. Bundan öncə isə taliblər sərhəddə 20 nəfər hərbçini qətlə yetirib, 7 nəfəri girov götürüb.

Bu insidentə görə Əfqanıstan prezidenti Həmid Karzayın da Şri-Lankaya səfəri təxirə salınıb.(apa)


Teqlər:





Xəbər lenti