Daha bir yeraltı tunel istifadəyə hazırdır
Son tamamlanma işləri gedən keçid və tunel ən yaxın zamanda sakinlərin istismarına veriləcək.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, "Həmin tikinti gedən yerdə bir neçə yenilik olacaq. Orada, həmçinin yeraltı maşın keçidi də olacaq. Əlavə olaraq orada sakinlər üçün dörd girişi və çıxışı olan piyada keçidi inşa olunur.
Piyada keçidindən hazırda istifadə olunur, amma tam hazır olmadığına görə təhvil verilməyib. Həmin istiqamətdə maşınlar çox işlədiyinə görə işlərimiz bir az uzanıb.
Onu da qeyd edək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, “5-ci Köndələn” küçəsinə və hava limanına heç bir maneə olmadan gedə biləcəklər.
AzVision.az
Teqlər: