Bakıda ağır qəza: ölən və yaralanan var

Bakıda ağır qəza: ölən və yaralanan var
  03 Mart 2014    Oxunub:1288
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “Opel”, “VAZ” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə, nəqliyyat vasitələri ağır deformasiyaya uğrayıb, 2 azyaşlı xəsarət alıb, şəxsiyyətləri məlum olmayan 2 nəfər isə aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində həlak olublar.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış zərərçəkmişləri və cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 00:44-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti