ABŞ-ın dövlət katibi Kiyevə gəlir
Dövlət Departamentindən bildirilib ki, C.Kerri Ukraynanın yeni hökumətinin yüksək vəzifəli şəxsləri, Ali Radanın rəhbərliyi, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək: “Dövlət katibi Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və Ukrayna xalqının kənardan müdaxilə və təxribatlar olmadan öz gələcəyini sərbəst müəyyən etmək hüququna ABŞ-ın qəti dəstəyini ifadə edəcək”.