Dubayda Xocalıdan danışıldı

Dubayda Xocalıdan danışıldı
  02 Mart 2014    Oxunub:1258
Xocalı soyqırımı haqqında həqiqətlər Dubayın nüfuzlu “Əl-Səda” mədəniyyət jurnalının səhifələrində.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun təşkilatçılığı ilə Dubay şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı konfrans keçirilib.

“Azərbaycan” Cəmiyyətindən bildiriblər ki, tədbirdə BƏƏ-də nəşr olunan nüfuzlu həftəlik “Əl-Səda” mədəniyyət jurnalının redaktoru da iştirak edib.

Samir İmanovun konfransdakı çıxışına və sonra redaktorun ondan aldığı müsahibəyə əsasən jurnalın 2 mart tarixli nömrəsində “Uşağından məhrum olmuş xocalılı ananın Bakı şəhərindəki abidəsinin hekayəsi” başlıqlı məqalə dərc edilib.

Məqalədə Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılıb abidədə soyqırımı zamanı qətlə yetirilmiş uşağını əlində saxlayan sarsılıb xocalılı ananın abidəsi ucalır. Abidə azərbaycanlı heykəltəraş Teymur Rüstəmov və onun 2 oğlu tərəfindən hazırlanıb. Abidədəki ananın üzü 1992 il fevralın 26-da Xocalıda ermənilər tərəfindən törədilıb faciəvi soyqırımının ağrısını ifadə edir. Ermənilərin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366 motoatıcı alayın köməkliyi ilə törətdikləri soyqırımı nəticəsində 63-ü uşaq və 106-sı qadın olmaqla ümumilikdə 613 insan vəhşicəsinə qətlə yetirilib.

BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov müsahibəsində bildirmişdir ki, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi bu problemlə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Dubay əmirliyinin aidiyyəti qurumları Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yardım edirlər. Ümumiyyətlə, BƏƏ dünyada humanitar problemlərin həllinə öz lazımi dəstəyini verir.

Samir İmanov müsahibəsində Xocalı soyqırımı haqqında ətraflı məlumat verdikdən sonra Azərbaycanın mədəniyyəti və təsviri incəsənəti haqqında da danışıb. O, bildirib ki, ölkəmizdə azərbaycanlı memarlar və heykəltəraşlar tərəfindən hazırlanmış yüzlərlə abidə və heykəllər mövcuddur. Müəllif bildirmişdir ki, Xocalı abidəsini yaratmış T. Rüstəmov Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsini də ucaltmişdir. Teymur Rüstəmovun atası da çoxlu sayda abidələrin müəllifidir.

Qeyd olunub ki, azərbaycanlı memarlar dünyada çox zəngin və xüsusiliyi ilə seçilən nadir memarlıq nümunələri yaradıblar. Bunların arasında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib Qız qalasını, Şirvanşahlar Sarayı Kompleksini, eyni zamanda, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Möminə Xatun Türbəsini, Şəki xanlarının sarayını, Abşeron yarımadasında yerləşən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu göstərmək olar.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan, eyni zamanda, dekorativ və tətbiqi incəsənət, zinət əşyalarının hazırlanması, metal üzərində naxış, daş, taxta və sümük üzərində döymə kimi qədim və geniş spektrə malik əl işləri, xalçaçılıq, çap etmə, toxuma və tikmə kimi sənətlərlə də tanınır. Azərbaycan xalçaları milli əl sənəti hesab edilir və 2010 ilin noyabrında xalçalarımız UNESCO-nun Qeyri-maddi mədəni irsinin şedevrləri siyahısına daxil edilib. Azərbaycanın bu qədim sənətkarlıq nümunəsinin yaranma tarixi miladdan əvvəlki üçüncü minilliyə aiddir.



Teqlər:  





Xəbər lenti