Ramiz Həsənoğlunun 75 illiyi ilə bağlı tədbir keçirilib

Ramiz Həsənoğlunun 75 illiyi ilə bağlı tədbir keçirilib
  16 Aprel 2021    Oxunub:5186
Aprelin 16-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Dövlət Teatr Muzeyindən Azvision.az -a bildirilib ki, tədbirdə görkəmli rejissorun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub və quruluş verdiyi tamaşalardan fraqmentlər göstərilib.

Tədbir çərçivəsində sənətkarın yaradıcılığı barədə, eləcə də çəkdiyi teletamaşalar və filmlər ətrafında sənət dostları geniş söhbət açıblar.

Muzeyin əməkdaşı Suğra Ələkbərli tərəfindən pianoda rejissorun tamaşalarına bəstələnən musiqilərdən ibarət popuri ifa olunub və xatirə şəkli çəkdirilib.

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub, həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.



Azvision.az


Teqlər: RamizHəsənoğlu  





Xəbər lenti